Masallı Sənaye Məhəlləsinin 2018-ci il 18 sentyabr tarixində açılışı olmuşdur. Burada sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan xarici və daxili infrastruktur, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri inşa edilmişdir. Eyni zamanda, sənaye məhəlləsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə əlaqədə olaraq onlara dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsi, hüquqlarının müdafiəsini həyata keçirəcək ilk regional KOB Dostu xidməti fəaliyyətə başlamışdır. Hazırda sahibkarlıq subyektlərinin istifadəsinə verilmiş sənaye məhəlləsində 10 müəssisə iştirakçı kimi qeydiyyata alınmışdır. Artıq 7 müəssisə istehsal fəaliyyətinə başlamışdır.