Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Ümumi ərazisi 30 hektar olan Pirallahı Sənaye Parkında hazırda 4 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib ki, bunlardan da 2-si artıq fəaliyyət göstərir. Xarici və daxili infrastruktur qurulmuş, yollar çəkilmiş, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkilmiş, lazımi rabitə sistemi yaradılmış, istehsal sahələri, ofislər və istismar binaları tikilmişdir.